Şənbə , 28 Fevral 2026
Drone Cameras

Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub

Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və strateji yanaşmalar Türkiyənin İstanbul şəhərində təşkil olunan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təqdim olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

21-23 apreldə keçirilmiş sammitdə ölkəmizi Agentlik və Azərbaycan Turizm Bürosu (ATB) təmsil edib.

“Dayanıqlı gələcək üçün əbədi müdriklik” mövzusunda təşkil olunan tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və turizm üzrə ekspertlər tərəfindən qlobal turizmin gələcək inkişafında davamlılıq amilinin əsas istiqamət kimi rolu müzakirə olunub.

ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid hökumətlərarası sessiya çərçivəsində turizmdə idarəetmə və siyasət mexanizmlərinin transformasiyası, innovativ tənzimləyici yanaşmalar və davamlı inkişaf prinsipləri mövzularında çıxış edib.

Tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə ekoloji baxımdan məsuliyyətli turizm məhsullarının inkişafı, mədəni irsin qorunması və icma əsaslı turizm təşəbbüsləri barədə Azərbaycanın mövqeyi təqdim olunub.

Check Also

Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib: Siyahıda azərbaycanlılar da var

Böyük Britaniya hökuməti Ukraynaya hərbi müdaxilənin dördüncü ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Siyahıya təxminən …