Şənbə , 18 May 2024
Drone Cameras

Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə sövq etməyə çağırıb

Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə sövq etmək istiqamətində addımlar atmalıdır.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

O vurğulayıb ki, Ermənistan revanşist addımlardan çəkinməlidir.

Nazir bildirib ki, bu gün Türkiyə və Gürcüstandan olan həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə görüşdə həm də Ermənistanla normallaşma prosesi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sülh quruculuğu sahəsində Azərbaycanın atdığı addımlar da müzakirə edilib.

“Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra sülh üçün tarixi imkan yaranıb. Sülh üçün beynəlxalq hüquq normalarına tam əməl olunmalıdır”, – XİN başçısı söyləyib.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …