Bazar , 23 Fevral 2025
Drone Cameras

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı baş tutub.

XİN-dən  verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, bu bəyanatın bölgədə sülh və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər eyni zamanda ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafından bəhs ediblər, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə dair müzakirələr aparıblar.

Tərəflər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …