Cümə , 3 May 2024
Drone Cameras

Azərbaycanlı paralimpiya çempionu: “Bayrağımızı yüksəklərdə dalğalandırdım”

“Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı medalını Qarabağ əlillərinə və şəhidlərə həsr etdiyini bildirib: “Valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Prezident İlham Əliyevə də təşəkkürümü bildirirəm ki, bizim üçün hər şəraiti yaradıb”.

Orxan Aslanov

Orxan Aslanov

Uzunluğa tullanma növündə paralimpiya çempionu olan Orxan Aslanov Tokioda əlindən gələnə etdiyini söyləyib: “Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Bizə dəstək olduqları üçün hər kəsə minnətdaram. Çempion olmaq mənə nəsib oldu, vətənə qızıl medalla qayıtdım”.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …