Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

“Azərenerji”dən Mingəçevir SES-dəki yanğınla bağlı AÇIQLAMA – VİDEO

“Bu gün “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb”.

boyukmillet.com xəbər verir ki, bunu Report-a Azərenerji ASC-nin media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, respublikanın elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, stansiyada xırda texniki hadisə olub: “Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb və problem aradan qaldırılıb”.

Xatırladaq ki, 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə “Azərbaycan” İES-in transformatorunda baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemi çökmüşdü. Amma bu dəfə əks-qəza avtomatikasının işə düşməsi nəticəsində heç bir qəza baş verməyib.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …