Şənbə , 27 Aprel 2024
Drone Cameras

“Azəristiliktəchizat”ın yığılmış zərəri 100 milyon manata yaxınlaşıb

“Azəristiliktəchizat” ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7 % artaraq 98,918 milyon manata çatıb.

Bu il yanvarın 1-nə “Azəristiliktəchizat”ın aktivləri 189,678 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24 % artaraq 59,15 milyon manata, balans kapitalı isə 6,7 % azalaraq 130,528 milyon manata enib.

Xatırladaq ki, “Azəristiliktəchizat” ölkə Prezidentinin “İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.

Check Also

Mehmet Gülez: “Azərbaycan regionda “Mastercard”dan konsultasiya xidmətləri alan əsas ölkələrdəndir”

Azərbaycan regionda “Mastercard” beynəlxalq ödəmə xidmətləri təşkilatından konsultasiya xidmətləri alan əsas ölkələrdəndir. Boyukmillet.com xəbər verir …