Cümə , 27 Fevral 2026
Drone Cameras

Azərbaycan bank sektoru ötən ili 279,4 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycanın bank sektoru 2018-ci ili 279,4 mln. manat xalis mənfəətlə başa vurub.

Boyukmillet.com Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, 2017-ci il ilə müqayisədə 68,4% azdır.

Ötən il ərzində bank sektorunun faiz gəlirləri 1 753,0 mln. manat, faiz xərcləri 581,9 mln. manat, qeyri-faiz gəlirləri 549,1 mln. manat, qeyri-faiz xərcləri isə 1025,6 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 694,6 mln. manat olub.

2017-ci illə müqayisədə bank sektorunun faiz gəlirləri 1,3%, faiz xərcləri 29,5%, qeyri-faiz gəlirləri 41,5% azalıb, qeyri-faiz xərcləri isə əksinə, 4,6% artıb. Bankların xalis əməliyyat mənfəəti isə bir ildə 23,5% azalıb.

Hesabat dövründə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 345,4 mln. manat ayırıblar, 72,3 mln. manat mənfəət vergisi ödəyiblər. 

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir