Bazar , 22 Dekabr 2024
Drone Cameras

Azərbaycan Beynəlxalq Təhsil Sərgisində 14 ölkədən 118 müəssisə iştirak edəcək

 Oktyabrın 7-9-da Bakı Ekspo Mərkəzində keçiriləcək 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.

 

“Report”un məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, sərgi nazirliyin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan yeganə tədbirdir: “Ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq”.

Onun sözlərinə görə, ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar: “Müxtəlif layihələrdə olan brendləri də sərgidə görmək mümkün olacaq. Bu il həm də Azərbaycanda yeni fəaliyyətə başlayan Fransa-Azərbaycan Universitetinin (UFAZ) stendləri də əks olunacaq. Bütün bunlar təhsil nailiyyətlərinin geniş şəbəkədə yayılması, yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat vermək üçün önəmlidir”.

“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, bu il sərgidə 14 ölkədən 118 müəssisə iştirak edəcək. Bütün təhsil sahəsinin mərhələlərini əhatə edəcək sərgidə Azərbaycan universitetləri aktiv iştirak edəcək: “Bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər”.

Qeyd edək ki, sərgidə Azərbaycanı təmsil edən təhsil müəssisələrinin siyahısında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti və “CELT Colleges” yer tutub. Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir