Şənbə , 21 Dekabr 2024
Drone Cameras

“Azərbaycan Dəmir Yolları”nın xəstəxana və tibbi məntəqələrinin hansı səbəbdən bağlandığı məlum olub

Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib.

QSC-dən Trend-ə verilən məlumata görə, artıq dövlət büdcəsindən bizə maliyyə ayrilmadığına görə rentabellilik səviyyəsi aşağı olan xəstəxanaların fəaliyyəti dayandırılıb.

Həmçinin Salyan Dəmiryol Xəstəxanasının da rentabellik səviyyəsi aşağı olduğuna fəaliyyətinin dayandırılması qərara alınıb.

Ümumilikdə “Azərbaycan Dəmir Yolları” QSC-nin bölgələrdə fəaliyyət göstərən 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb. Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol ambulatoriyaları, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-sanitar xidmətində Metropoliten işçiləri və dəmiryolçulara pulsuz xidmət göstərilirdi.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir