Şənbə , 4 Aprel 2026
Drone Cameras

Azərbaycan Fransaya etiraz notası verdi

Azərbaycan Fransa kimi bir ölkənin- BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədr qismində çıxış edən bir ölkənin işğalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir.

Boyukmillet.com-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.

L.Abdullayeva qeyd edib ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsizliyini ciddi şübhə altına alır. 

“Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub”, – deyə XİN nümayəndəsi vurğulayıb.

(İnterpress.az)

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir