Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycan Gürcüstandan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb

Ötən il Azərbaycan Gürcüstandan 13 047 ədəd avtomobil idxal edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Gürcüstandan Azərbaycana ixrac olunmuş avtomobillərin dəyəri 190 mln. 284,2 min dollar təşkil edib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin sayı illik müqayisədə 2,8 dəfə, dəyəri isə 2,1 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstandan Azərbaycana 88 mln. 118,9 min dollar dəyərində 4 548 ədəd avtomobil ixrac olunub.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir