Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Azərbaycanın Kubadakı səfirliyində yerli jurnalistlərlə görüş keçirilib

Azərbaycanın Kubadakı səfirliyində Novruz bayramı ilə əlaqədar Kubanın aparıcı kütləvi informasiya vasitələrinin tanınmış nümayəndələri, Kuba Radio və Televiziya Təşkilatının rəsmilərinin iştirakı ilə dostluq görüşü keçirilib.

Səfirlikdən APA-ya verilən verilən məlumata görə, Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov ölkəmizin özünəməxsus olan və xalqımızın min illərlə qoruyub saxladığı Novruz adətləri və ənənələri haqqında prezentasiya ilə çıxış edib.

Qədim dövrlərdən öz sülhsevər mədəniyyəti ilə seçilən Azərbaycan xalqının Novruz bayramını təbiətə, zəhmətə və insanlığa sevgi rəmzi olaraq qeyd etdiyini bildirən diplomat müasir dövrümüzdə iqlim dəyişikliyi və digər qlobal çağırışlar və təhdidlər qarşısında sülhü və tərəqqini təcəssüm edən bu bahar bayramının ümumdünya miqyasda əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, məhz bu səbəbdən sevindirici hal olaraq, Azərbaycan və bu bayramı qeyd edən digər ölkələrin təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Məclisinin müvafiq qətnaməsi ilə 21 Mart “Beynəlxalq Novruz Günü” kimi elan edilib.

Tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən işğalçılıq və etnik təmizləmə siyasəti və onun nəticələri haqda məlumat verilib.

Sonda KİV nümayəndələrinə ölkəmizdə Novruz bayramının qeyd edilməsinə həsr edilmiş sənədli film və Kubanın “Havana” kanalının Azərbaycanda Novruz çərşənbələrindən bəhs edən televiziya reportajları nümayiş etdirilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir