Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Azərbaycanın Qarsdakı baş konsuluna qarşı sərt ittiham: “HDP-çilərlə görüşməyin adı nədir?”

Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Azərbaycanın Qarsdakı baş konsulu Nail Quliyevin ünvanına kəskin ittihamlar səsləndirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ASİMDER-in rəhbəri Göksel Gülbey terrorçu PKK-nın siyasi qanadı olan HDP-li deputatlarla görüşən Azərbaycanın Qarsdakı baş konsulu Nail Quliyevin bu hərəkətini kəskin pisləyib.

Məlumata görə, Azərbaycanın Qarsdakı baş konsulu Nail Quliyev Türkiyə parlamentinin HDP-li deputatları Ayhan Bilgen və Önder Fidanboy (azərbaycanlı olduğu bildirilir) görüşüb. Bir sıra məsələlərin müzakirə olunduğu bu görüş yerli mətbuatda geniş işıqlandırılıb və müxtəlif reaksiyalar doğurub.

Azərbaycan diplomatının HDP-li deputatlarla görüşünə dair ittiham dolu bəyanat yayan ASİMDER-in sədri Göksel Gülbey baş konsulu ölkənin dövlət maraqlarını nəzərə almamaqda günahlandırıb:

“HDP lideri Selahettin Demirtaş Azərbaycan-Ermənistan müharibəsində Ermənistanı dəstəklədiklərini dəfələrlə dilə gətirib. Buna baxmayaraq, Azərbaycanın Qarsdakı baş konsulu Nail Quliyev Azərbaycan əsilli vətəndaşları qəbul etməkdən yayınsa da, hər fürsətdə HDP-lilərə diqqət göstərməsindən fəxrlə danışır. Mən başa düşmürəm, Qarabağı Ermənistan ərazisi kimi qəbul edən və qondarma “erməni soyqırımı”nı tanıyan, 2016-cı il seçki kampaniyalarında Ermənistanla sərhədləri açacağını bəyan etmiş partiyanın deputatı və mərkəzi qərargahın sözçüsü olan HDP Qars millət vəkili ilə necə görüşüb, mediaya görüntü vermək olar?

Bəlkə Azərbaycanın erməni məsələsində siyasəti dəyişib, bizim xəbərimiz yoxdur? Mən İranın Ərzurumdakı baş konsulunun bu günə qədər HDP təmsilçilərini qəbul edib görüşdüyünü nə eşitdim, nə də gördüm. Eşidib-görən varmı?”

Yeniçağ.Az

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir