Bazar , 16 Mart 2025
Drone Cameras

Azərbaycanda ali məktəblərə qəbul şərtləri dəyişdirilir

Təhsil Nazirliyi hökumətə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər təqdim edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında hökumətə bu il ali təhsil sistemində hazırlıq ilinin tədbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə, yəni qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər təqdim olunub. Hazırda həmin təklifə hökumətdə baxılır.

M.Cabbarov əlavə edilib ki, bu dəyişiklik qəbul olunduğu təqdirdə Azərbaycanda ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr öz tədrisinə dərhal başlaya biləcəklər:

“Amma zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meyilli olan, ali təhsil almaq istəyən tələbələr bir sra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə başlaya biləcəklər”.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir