Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Azərbaycanda qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılıb

Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılıb.
“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Belə ki, Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına MT-45 (İC-6) və Asetilfentanil dərman preparatlarının adı əlavə edilir.
Dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə alfa-pirrolidinovalerofenon (a-PVP), Metoksetamin (MXE), para-metoksimetilamfetamin (PMMA) və para-metil-4-metilaminoreks (4,4-DMAR) dərman preparatlarının adı əlavə olunur.
Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrinə siyahısına da Fenazepan dərman preparatının adı əlavə edilir.
Dəyişikliklər BMT-nin Narkotiklər üzrə Komissiyasının 2016-cı il mart ayında keçirilmiş sessiyasının iclas qərarına əsasən narkotiklərə nəzarət üzrə siyahılara 2 narkotik maddə və 4 psixotrop maddə daxil edilməsi ilə əlaqədar təklif olunur.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir