Bazar , 22 Dekabr 2024
Drone Cameras

Azərbaycanda Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı maarifləndirici tədbirlər keçiriləcək

Milli Onkologiya Mərkəzi 4 fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirləri keçirməyi planlaşdırır.

Mərkəzdən “Report”a verilən məlumata görə, bununla bağlı Bakıda və ölkənin digər yerlərində xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində geniş əhalinin məlumatlılığının artırılması məqsədilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Fevralın 4-də Bakının “Gənclik Mall” və “Park Bulvar” ticarət mərkəzlərində Azərbaycanda geniş yayılmış xərçəng xəstəliklərinə dair vətəndaşlara faydalı məlumatlar veriləcək, buklet və lifletlər paylanacaq.

Tədbir zamanı təcrübəli onkoloqlar tərəfindən vətəndaşların onkoloji xəstəliklərə dair bütün sualları cavablandırılacaq, sağlamlıqlarını qorumaq üçün müvafiq faydalı tövsiyələr veriləcək.

Tədbirlərə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də qatılacaq.

Qeyd edək ki, 4 fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir