Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

“Azərbaycanlılar bizə qardaşdır, bundan yaxşısı yoxdur” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, şəxsi münasibətlər dövlətlərarası münasibətlərə təsir edir.

Boyukmillet.com xəbər verir  ki, bu barədə Lukaşenko KİV nümayəndələriylə “Böyük söhbət” zamanı, Belarus və Azərbaycan əlaqələrini şərh edərkən danışıb:

“Mən azərbaycanlıların belaruslara münasibətini bilirəm, daha yaxşıları bizə lazım deyil. Onlar bizə qardaş kimi yanaşır, bu, müsəlman ölkəsinin xristian ölkələrinə münasibətinin nümunəsidir.

İlham Əliyevin mənə, yaxud mənim ona bir zəngim…Və bütün məsələlər həll olunur”.

Lukaşenko Belarusun sanksiya altında düşdüyü zamanlar Azərbaycan liderinin göstərdiyi prinsipial mövqeyə görə də ona minnətdarlığını bildirib:

“Bizim İlham Əliyevlə qətiyyən heç bir problemimiz yoxdur, baxmayaraq ki, o, GUAM-da olub. Aİ və ABŞ bizə sanksiyalar tətbiq edəndə onun öhdəlikləri var idi. Biz sanksiyalar altında idik. O, heç yerdə susmurdu və Belarusu Saakaşvilinin etdiyi kimi müdafiə edirdi. Bilmirəm, xoşunuza gələcək, ya yox, amma o, Belarus üçün döyüşürdü. Aİ-də, ABŞ-da hamını inandırırdı: “Siz Belarusu tanımırsınız, Belarus Prezidentini tanımırsınız. Niyə onlara təzyiq edirsiniz və sairə”.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir