Cümə , 27 Fevral 2026
Drone Cameras

Azərbaycanlı məşhur idmançı qripdən öldü – SON DƏQİQƏ – FOTOLAR

O, Həbib Nurməhəmmədovu məğlub edən yeganə döyüşçü idi.

 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə MMA-ın Azərbaycandakı rəsmi nümayəndəliyi məlumat yayıb. 

Məlumata görə, idmançı bir müddət əvvəl qrip xəstəliyinə yoluxub. Ondan sonra vəziyyəti ağırlaşmağa başlayıb. Xəstəxənaya yerləşdirilən X.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün axşam saatlarında dünyasını dəyişib. 

Hazırda mərhum idmançının nəşi torpağa tapşırılması üçün doğulduğu Sabirabad rayonuna aparılır.

Qeyd edək ki, X.Məmmədov Həbib Nurməhəmmədovu məğlub edən yeganə döyüşçü olub.

Azərbaycanlı məşhur idmançı qripdən öldü - SON DƏQİQƏ - FOTOLAR

Azərbaycanlı məşhur idmançı qripdən öldü - SON DƏQİQƏ - FOTOLAR

 

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir