Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

“Azərişıq”: Hava şəraiti ilə əlaqədar elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb

Dekabrın 8-də qarlı və küləkli hava şəraiti ilə əlaqədar ölkədə elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb. Bu barədə Trend-ə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, dekabrın 8-də səhər saatlarından qurumun əməkdaşları 24 saat xidmət apararaq abonentləri dayanıqlı elektrik enerjisi ilə təmin ediblər.

T.Mustafayev əlavə edib ki, hava şəraitinin qəfil pisləşməsinə baxmayaraq, ölkə ərazisində heç bir yerdə ciddi problem yaranmayıb: “Gün ərzində hava şəraiti ilə bağlı bəzi yerlərdə yaranmış problem dərhal aradan qaldırılıb. Hazırda ölkə ərazisində bütün abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin edilir”.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir