Çərşənbə axşamı , 25 Fevral 2025
Drone Cameras

Azay Quliyev “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın koordinatoru seçildi

Bakıda “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması” təsis olunub.

boyukmillet.com xəbər verir ki, təsis konfransında Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclisin deputatı Sahibə Qafarova, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç, TBMM-in Daxili işlər komitəsinin üzvü Mustafa Hilmi Dülger iştirak edib.

Onlar çıxışlarında bu platformanın sülhə, dialoqa töhfə verəcəyini qeyd ediblər.

Platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün hər ilin iyun ayında Bakıda Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı keçiriləcək.

Azay Quliyev “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın koordinatoru seçilib.

 235d00be45a0e1b.jpg (232 KB)

315d00bea201925.jpg (266 KB)

165d00be9f9e0bd.jpg (213 KB)

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir