Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib

Aprelin 13-də Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında Milli Məclisin deputatı Azay Quliyev seçiciləri ilə növbəti görüş keçirib. Newscenter.az-a daxil olan məlumata görə, Azay Quliyev seçicilərin məşğulluq, səhiyyə, hüquq, əfv və digər məsələlərlə bağlı müraciətlərini dinləyib. Millət vəkili səsləndirilən problemlərin həll edilməsi üçün müvafiq qurumlarla əlaqə saxlayacağını və növbəti görüşədək bütün məsələlərin araşdırılacağını qeyd edib.
Deputat həmçinin Milli Məclisdə qaldırdığı məsələlər, qəbul olunan qanun və qərarlar haqqında da seçicilərinə ətraflı məlumat verib. 

 

Newscenter.az

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir