Cümə , 27 Fevral 2026
Drone Cameras

Azay Quliyev TBMM-nin vitse-spikeri və daxili işlər nazirinin müavini ilə görüşdü

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bu gün Ankarada Türkiyə parlamentinin vitse-spikeri Sürəyya Sadi Bilgiçlə görüşüb. Görüşdə ATƏT PA -Türkiyə əlaqələri, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində birgə fəaliyyət, Azərbaycan Türkiyə parlamentlərinin beynəlxalq miqyasda irəli sürdükləri təşəbbüslər müzakirə edilib.

Azay Quliyev bu gün həmçinin, Türkiyə Daxili İşlər nazirinin müavini Mehmet Ərsoyla da görüşüb. Görüşdə Azərbaycan Türkiyə QHT-lərinin əməkdaşlıq platformasının yaradılması haqqında razılıq əldə edilib. 

Deputat Azay Quliyev bu qərarın hər iki qardaş ölkənin milli maraqlarına və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib. 

Qeyd edək ki, görüşlər barədə məlumat Azay Quliyevin tvitter hesabında paylaşılıb.

c5398898-bfcd-4756-ac28-bed75de01158.jpg (23 KB)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir