Azərbyacan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” Tresti tərəfindən Ə.C.Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin elektrik sisteminin yenilənməsi istiqamətində işlər görülüb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, NQÇİ-də yararsız, istismar müddəti başa çatan elektrik şəbəkələri, paylayıcı qurğular, komplekt transformator məntəqələri yenilənərək müasir tipli avadanlıqlarla təchiz edilib, köhnə hava elektrik ötürücü xətləri kabel xətləri ilə əvəz olunub, güc transformatorları quraşdırılıb, yeni yarımstansiyalar tikilərək istismara verilib. 2 kV-luq elektrik şəbəkəsi 6 kV-luq elektrik şəbəkəsi ilə əvəzlənib. 510 saylı yarımstansiyada 2 ədəd 1800 kVA gücündə 35/2 kV-luq transformatorların əvəzinə 2 ədəd 4000 kVA gücündə 35/6 kV-luq, 517 saylı yarımstansiyada isə 1 ədəd 1800 kVA gücündə 35/2 kV-luq transformatorun əvəzinə 1 ədəd 6300 kVA gücündə 35/6 kV-luq transformatorlar quraşdırılıb, 10 yarımstansiyaya və bir komplekt transformator məntəqəsinə gərginliyin verilməsi təmin edilib. Bundan başqa, 134 neft quyusunu elektrik enerjisi ilə təmin edən hava elektrik xətləri kabel xətləri ilə əvəz olunub. 1 və 7 saylı, eləcə də Puta, Quşxana, Korgöz və Mərkəzi neftyığma məntəqələrinin, texniki su nasosxanasının, vakuum kompressor stansiyasının, Neftin kompleks hazırlanması və nəqli sahəsinin, Quyuların əsaslı və yeraltı təmir sahəsinin, İstismar avadanlıqlarının quraşdırılması və təmiri sahəsinin, Elmi tədqiqat və istehsalat işləri sahəsinin, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin inzibati binaları və istehsalat obyektləri, həmçinin bir neçə operator binasının elektrik təchizatı yeni quraşdırılmış şəbəkəyə qoşulub. Köhnə yarımstansiyalar və hava elektrik xətləri demontaj olunaraq istismardan çıxarılıb.
“Azneft” İB-nin obyektlərində uzun müddət istismarda olan elektrik sisteminin yenilənməsi işləri intensiv şəkildə davam etdirilir”, – deyə məlumatda qeyd olunub.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …