Bazar ertəsi , 20 May 2024
Drone Cameras

AZVİRT şirkətinin direktoru: “Növbəti hədəflər Zəngilan və Laçın hava limanlarıdır”

“Bu ilin yanvarın 14-də təməlini qoyduğumuz Füzuli Beynəlxalq Hava Limanının tikintisinin əksər işlərini bitirmişik. Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3 km və eni 60 m olan uçuş-enmə zolağı tikilib”.

Boyukmilet.com  xəbər verir ki, bu fikirləri Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında AZVİRT şirkətinin direktoru Kamil Əliyev deyib.

“Demək olar ki, ümumi işlərin 95 faizi yekunlaşıb və hazırda tamamlanma işləri gedir. Tikinti zamanı burada minalardan təmizlənmə işləri aparılırdı. Eyni zamanda burada tikintinin aparılması üçün heç bir infrastruktur olmayıb və biz paralel olaraq infrastrukturu da yaratmışıq. Bizim üçün böyük şərəfdir ki, bu gün ilk sınaq reysini qəbul etmişik. Növbəti hədəflər isə Zəngilan və Laçın hava limanlarıdır”, – o əlavə edib.

Check Also

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin …