Şənbə , 27 İyul 2024
Drone Cameras

Bədənimdəki qandan mürəkkəb əvəzi istifadə edib, yazmağı bacaran jurnalistəm…

Biz yalnız “Tik-Tok” da güclü deyilik. AzinforumTV adlı “Youtube” kanalımıza da baxış sayı çox normaldır. 100 minləri, milyonları əhatə edir. Son bir neçə günün statistikasını təqdim edirəm. Bu nəticələri çox məhdud imkanlarla əldə edirik.

Dövlətin mediaya göstərdiyi bütün qayğı və dəstəkdən nəinki kənarda qalmışıq, hətta dövlət resursları hesabına ərsəyə gələn media resurslarında bizə qarşı hücumlar etdirib, barəmizdə “qara piar” apartdırıb, bunu dövlətin adı ilə bağlayanlar var.

Əgər bir media qurumu ki, göstərilən dövlət dəstəyi hesabına mənim tək göstərdiyimi nəticənin heç 5-də birinə çata bilmirsə, deməli, belə dəstək ona yox, mənə verilməlidir. Deməli, burada nəsə düz getmir, burada nəinsə tənqid olunmasında qəbahət olmamalıdır, əksinə, bundan nəticə çıxarılmalıdır.

Mənə qarşı bir goppaz, professional yalançı jurnalist vasitəsilə başladılan, mediaya aid başqa bir adam tərəfindən istiqamətləndirilən qara piar prezident seçkiləri ilə bağlı gedən prosesin ən aktiv fazasına təsadüf edib. Bunu edənlərin məqsədi bəllidir.

Mənim kimi heç kimin qabağından qaçmayan, dövlətini və Prezidentini sevən prinsipial bir jurnalisti qaza gətirib, provakasiyaya çəkib, sonra yuxarılara “Görürsünüzmü, Qəribli seçkiləri pozur”,- kimi raport göndərmək istəyiblər. Amma onların bu arzularını ürəklərində qoydum.

Maraqlıdır, belə kombinasiyalar qurmağa başınız varsa, niyə həqiqətən prosesi pozmağa çalışan, xaricdən ölkə rəhbərliyində təmsil olunanların ünvanlarına söyüşlər yağdıranlara qarşı hansısa kampaniya aparmadınız?

Gücünüz mənə çatırdı? Ünvanı çox səhv salıbsınız. Çünki mən lazım olanda bədənimdəki qandan mürəkkəb əvəzi istifadə edib, yazmağı bacaran cəsarətdə və potensialda olan jurnalistəm.

Deməli, bu qənaətə gəlirik ki, mediada olan bir qrup əllərində saxladıqları və dövlət resursları hesabına maliyyələşdirdikləri bəzi saytlar vasitəsilə, dövlətin adından istifadə edərək, öz korparativ maraqlarını həyata keçirirlər.

Hansısa məmurları və ya fərdləri dövlət maraqlarına aid olmayan mövzularda müdafiə etmək üçün min cür oyunlardan çıxırlar. Bu, olduqca ciddi faktdır, mütləq araşdırılmalıdır. İndi cınqırınızı çıxarın və alın cavabınızı…

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Check Also

Rəşad Nəbiyevin uğursuz taksi islahatı: yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun bugünlərdə verdiyi açıqlama ciddi hiddət doğurub və …