Cümə , 23 Fevral 2024
Drone Cameras

Bədii gimnastika üzrə Şuşa rayon birinciliyinin qalibləri bəlli olub

Qarabağ Regional və Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa UGİM və “Ocaq Sport” klubunun birgə təşkilatçılığı ilə 2015, 2016 və 2017-ci il təvəllüdlü qızlar arasında bədii gimnastika üzrə rayon birinciliyi keçirilib.

Boyukmillet.com-un məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində reallaşan yarışda 20 gimnast iştirak edib.

2015 təvəllüdlü idmançılar alətlə, digərləri alətsiz çıxış ediblər. Turnirin keçirilməsində məqsəd kiçik yaşlı uşaqlar arasında bu növə marağın artırılmasıdır.

I, II və III yeri tutanlara kubok, medal, diplom və hədiyyələr təqdim edilib.

2017-ci il təvəllüdlü gimnastlar
1. Leyli Qayıblı
2. Nilay Şahbazova
3. Leyla Əliyeva

2016-cı il təvəllüdlü gimnastlar
1. Nilay Quliyeva
2. Lalə Heydərli
3. Aylin Əliyeva

2015-ci il təvəllüdlü gimnastlar
1. Mira Özəl (lent)
2. Fatimə Həsənov (lent)
3. Xəzra Qasımlı (lent)

Check Also

Avropa Liqasının bütün 1/8 finalçıları müəyyənləşib: “Qalatasaray” turnirlə vidalaşıb

UEFA Avropa Liqasının pley-off mərhələsinin bütün oyunları başa çatıb. Boyukmillet.com xəbər verir ki, baş tutmuş …