Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

Bəhreyn və Qətər diplomatik münasibətləri bərpa edir

Bəhreyn və Qətər 2017-ci ildə kəsilən diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “BNA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, razılıq Bəhreyn-Qətər komitəsinin ikinci iclası zamanı əldə olunub.

Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Müqaviləsinin müddəalarına uyğun olaraq iki ölkə arasında diplomatik münasibətlərin bərpası qərara alınıb.

Xatırladaq ki, 2017-ci ildə Bəhreyn digər Körfəz ölkələri ilə birlikdə Qətərlə əlaqələri kəsib.

Check Also

Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək

Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək. Boyukmillet.com Ukrayna KİV-ə istinadən xəbər verir …