Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Bakıda yük maşını yaşayış evinə girib, qaz xətti alışıb

Bakıda yük maşını yaşayış evinə çırpılıb.

Şahidlərin APA-ya veriyi məlumata görə, hadisə ötən gecə Zığ yolunda qeydə alınıb. Qum ilə dolu “KamAZ” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı hasara, daha sonra yaşayış evinə çırpılıb. Yük maşını arxaya hərəkət etmək istəyərkən minik avtomobilini əzib.

Qəza nəticəsində bir vətəndaşın hasarı uçub və digər bir vətəndaşa məxsus yaşayış evinə ciddi ziyan dəyib. Qəza zamanı yol kənarındakı elektrik və qaz xətləri də qırılıb. Nəticədə yanğın meydana gəlib.

Qəza səbəbindən sözügedən ərazidə yaşayan şəxslərə elektrik enerjisinin və təbii qazın verilişində məhdudiyyətlər yaranıb. 

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir