Bazar , 22 Mart 2026
Drone Cameras

Bakının “İnter” klubunun prezidenti istefa verib

Bakı “İnter”inin rəhbərliyində kadr dəyişikliyi baş verib. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, “bankirlər”in prezidenti Rəşad Qasımov vəzifəsindən ayrılıb. Məlumatda Qasımovun öz xahişi ilə postundan azad edildiyi bildirilib.

Rəhbərliyin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

Qeyd edək ki, Rəşad Qasımov 2015-ci il dekabrın 23-də bolqarıstanlı Georgi Nikolovu əvəzləmişdi.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir