Çərşənbə , 3 İyul 2024
Drone Cameras

“Bakı sürüşür, daha doğrusu çökür” – Mütəxəssisdən sensasiyalı AÇIQLAMA – VİDEO

“Bakı sürüşür, daha doğrusu çökür”.

Sfera.az xəbər verir ki, bu fikri landşaftşünas Şəbnəm Karslı səsləndirib. Landşaftşünas fikirlərini bu cür əsaslandırıb:
 
“Artıq torpaq sürüşə-sürüşə altının yeyildiyini bizə xəbər verir. Azərbaycanda, konkret olaraq, Bakıda, Abşeron yarmadasında əhalinin yaşadığı yerin altı ovulur. Bir gün görəcəyik ki, 200-500 insanın yaşadığı bir ərazi çöküb. Bunun effekti yerin üstündə yaşayan insan üçün 9-10 bal gücündə zəlzələ qüvvətindədir. Problemin mahiyyəti insanlara çox kiçik gələ bilər, torpaqdır sürüşür, divardır aşır, istinad divarı edərik, drenaj şəbəkəsi qurarıq, ağac əkərik, torpağı gücləndirərik. Torpağın üstündə yaşayanlar nəyin üstündə yaşadıqlarının fərqində deyillər”.
 
Şəbnəm Karslı bildirib ki, o ərazilərdə insanlar yaşamamalıdır:
 
“Ərazidə torpağı gücləndirdib, işləri yekunlaşdırdıqdan sonra onun üzərində gəzə bilərsiniz. Mütəxəssilər gəlib ərazidə torpağın altında, üstündə, hansı qatının necə olmasını araşdırmalıdır. Onun üzərindəki inşaat bu gün durdurulmalıdır”.
 
Bakıda bina tikilərkən bünövrə qazılır, nasos vurulur, yerdəki qurunt su kanalzasiyaya axıdılır, deyən landşaftşünas sual ünvanlayıb ki, gələcəkdə bu qurunt suları necə olacaq:

“Divarlar qurunt sularının sadəcə olaraq istiqamətini dəyişdirir. Bu inşaat işi üçün bunu edirlər, sabah gələcək suyun qarşısı necə alınacaq? 2015-ci ildə qurunt sularının xəritəsinə baxanda bilirdik ki, onlar hansı istiqamətdə axır. 2016, 2017, 2018 binalar tikilir və beləcə qurunt sularının istiqaməti dəyişdirilir. Artıq alimlərin də işi çətinləşib. Mütəxəssis 2 gün öncə verdiyi qərara bu gün əmin ola bilmir. Çünki orada başqa işlər görülüb, antropogen lantşafta dönülüb. Drenaj şəbəkəsi quraşdırılmalıdır, derenaj şəbəkəsi kanalzasiyaya qoşulmalıdır, kanalzasiya sistemi gücləndirilməlidir. Qurunt sularının axınının güclü olduğunu bildiyimiz, xəritədə yeraltı çay kimi gördüyümüz ərazidə yaşayan insanlar mütləq mənada köçürülməlidir”.
2015-ci ildə sabiq baş nazir Artur Rasi-zadə qurunt sularının xəritəsinin hazırlanmasını və dövətə təslim edilməsi barədə qərar verib. Şəbnəm Karslı bildirib ki, mütəxəssizlərimiz bu xəritəni hazırladı və dövlətə təslim etdi:
“Məsul şəxslər təhlükəli əraziləri, axarların ağzının kəsilməli olmadığını bilirlər. Təsəvvür edin qurunt sularının axarı var, onun önünə bünövrə tökülür, önü kəsilir və bu yerin altında gölməçələr əmələ gətirir, beləcə torpağın sürüşməsi labüd hala gəlir. Yəni, Bakıda Allah ümidinə yaşayırıq”.
Landşaftşünas qeyd edib ki, vətəndaşlar bir minanın üzərində yaşadığının fərqində deyil.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir