Bazar , 16 Mart 2025
Drone Cameras

Bakı-Sumqayıt qatarlarında gün ərzində 5000-dən çox sərnişin daşınır

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabr ayının 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı artır. Aparılan araşdırmalar göstərir ki, əgər əvvəllər gün ərzində 2500-3000 sərnişin daşınırdısa, noyabr ayının 19-dan etibarən gün ərzində daşınan sərnişinlərin sayı 5000-i keçib.

Qeyd edək ki, hər iki stansiyada yüksək səviyyədə yenidənqurma işləri aparılıb. Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb.

Xırdalan stansiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib istifadəyə verilib.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir