Şənbə , 21 Mart 2026
Drone Cameras

Bakıətrafı ərazilərə metro xəttinin çəkilməsi təklif olunub

Bakı Dövlət Layihə İnstitutu Bakıətrafı ərazilərdə 3 əsas istiqamətdə metro xəttinin çəkilməsini təklif edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

O bildirib ki, bu 3 istiqamətə Xırdalan şəhəri, Lökbatan və Rəsulzadə qəsəbələri daxildir.

İ.İsbatov qeyd edib ki, Binəqədi rayonunda böyük bir səhiyyə kompleksinin, həmçinin, əczaçılıq və səhiyyə sənayesinin inkişafını nəzərdə tutan böyük bir sənaye parkın salınması nəzərdə tutulub. Biz bu parka qədər metro xəttinin uzadılmasını təklif etmişik.

“Bundan əlavə Lökbatan qəsəbəsində yeni avtovağzalın, Ələt qəsəbəsində isə aşağıbüdcəli aviareyslərin həyata keçirilməsi üçün hava limanının tikilməsi təkliflərimiz sırasında yer alıb”, – deyə İ.İsbatov vurğulayıb.

Check Also

ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir

Tramp administrasiyası ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir