Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bakı aeroportunda ƏMƏLİYYAT: Bağdaddan gələn sərnişinlər cinayət başında TUTULDU

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Musavat.com-a bildirilib ki, tədbirlər çərçivəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin Hava Limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini tərk etdikləri müəyyən olunub.

Həmin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə şəxsi istifadə adı altında gətirilən bağlamalardan üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma olmayan 866 qutu qəlyan tütünü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Hakan Fidan sabah Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, …