Bazar , 19 Yanvar 2025
Drone Cameras

“Bakı Fond Birjası”nda qeyri-ticarət saatları müəyyən edilib

“Bakı Fond Birjası” QSC-də yeni ticarət sisteminə keçidlə əlaqədar qeyri-ticarət saatları müəyyən edilib.

Boyukmillet.com xəbər verir ki, qeyri-ticarət saatları sabah günün ikinci yarısında – saat 13:00-dan qüvvədə olacaq.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan “United Credit Bank” ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur.

Check Also

Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? 

ABŞ dolları əsas dünya valyutalarına nisbətdə son iki ilin ən yüksək həddinə çatıb – dollar …