Cümə , 29 Mart 2024
Drone Cameras

Bakı metrosu ötən il 52 milyon manat subsidiya alıb

2022-ci ildə nəqliyyat və rabitə xərclərindən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 51,9 milyon manat ayrılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilir.

Sənədə əsasən, Naxçıvan MR-ə edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” QSC-yə 10 milyon manat, nizamnamə kapitalının artırılması üçün Kosmik Agentliyə (“Azərkosmos”) 23 milyon manat, Universal Poçt xidmətlərinin göstərilməsi ilə əlaqədar milli poçt operatoruna dəyən zərərin ödənilməsinə 113,7 min manat maliyyə yardımı (subsidiya) ayrılıb.

Bundan başqa, hesabat ilində dövlət orqanları üçün lisenziyalı kompüter proqramlarının alınması, “Hökumət buludu”nun (G-cloud) yaradılması və bu sistemə qoşulmuş qurumlar üzrə müvafiq xidmət xərclərinin örtülməsi və digər zəruri xərclərin maliyyələşdirilməsi üçün 19 milyon manat məbləğində vəsait ayrılıb.

Check Also

Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin maaş artımının maliyyə tutumu açıqlanıb

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərin ümumi tutumu 4,9 milyon manat təşkil edir. Boyukmillet.com …