Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

Bakı və Əbu-Dabinin qardaşlaşması ilə bağlı memorandum imzalandı

Bakı və Əbu-Dabi arasında fevralın 11-də qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə  Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, memorandum Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb.

Nümayəndə heyəti BŞİH-nin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə səfəri çərçivəsində 2026-cı il fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə iki şəhərin qardaşlaşması məsələsi müzakirə olunub.

Check Also

Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib

Aprelin12-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi fəaliyyətini bərpa edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən …