Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bakıda 310 məktəbin hamısında əyani tədris bərpa olunub

“Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbin hamısında əyani tədris bərpa olunub”.

Boyukmillet.com xəbər verir ki, bunu İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Son məqama qədər təmir gedən məktəblərdə də işlərin tamamlandığını deyən M.Vəliyeva bildirib ki, həmin təhsil ocaqları da bu gün üçün şagirdlərin ixtiyarına verilib.

O həmçinin əlavə edib ki, bu il yeni tikilən 8 məktəbdən 5-də işlər tamamlanıb və istifadəyə verilib, 3 məktəbdə isə tikinti işləri davam edir.

Check Also

Nazirlik: İranda azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər

“İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə (İranda – red.) Azərbaycan dilində tədris aparılan bir …