Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Bakıda Argentina mədəniyyəti gecəsi keçirilib

Bakıda Argentina mədəniyyətinə həsr olunmuş gecə keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbir bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirin əvvəlində çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluçi gecənin ölkəsinin mədəniyyətinin ən populyar iki elementinə – malbek və tanqoya həsr olunduğunu qeyd edib.

“Malbek gavalı və albalı kimi xoş meyvəli ətirlərə malik zəngin bənövşəyi-qırmızı rəngli şərabdır. Hazırda malbek şərabının əsas istehsalçısı məhz Argentinadır. Tanqo isə öz növbəsində xalqımızın temperamentini təcəssüm etdirən rəqsdir. Bugünkü tədbirdə tanqonu Azərbaycan rəqqasları ifa edəcəklər. Biz rəqsin Azərbaycan və Argentina mədəniyyətləri arasında necə körpü ola biləcəyini nümayiş etdirəcəyik”, – səfir deyib.

Gecənin iştirakçıları, həmçinin Argentinaya həsr olunmuş rəsm sərgisi ilə tanış olmaq fürsəti əldə ediblər.

Check Also

Araşdırmaçı: “Elçin Əfəndiyev hadisələrə ötən əsrin stereotipləri ilə yanaşır”

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M. …