Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Bakıda Nobel qardaşlarının həyatından bəhs edən kitabın və filmin təqdimatı olub

Nobel qardaşlarının Azərbaycanda irsinin 150 illiyi münasibətilə Bakıda ilk xarici şirkətin yaradıcılarının həyatından bəhs edən kitabın və filmin təqdimatı olub.

Boyukmillet.com xəbər verir ki, tədbir İsveçin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

“1873-cü ildə Robert Nobel ilk dəfə Azərbaycana səfər edib. Onun odlar və küləklər diyarına səfəri Azərbaycanın neft sənayesinin inkişafının, eləcə də Azərbaycan və İsveç arasında ikitərəfli münasibətlərin əsasını qoyub”, – İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson tədbirin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda Nobel qardaşlarının irsinin qorunub saxlanması istiqamətində mühüm təşəbbüs ötən il irəli sürülüb: “O vaxt onlar haqqında kitabın Azərbaycan dilinə tərcüməsi, həmçinin sənədli filmin çəkilməsi qərara alınıb”.

Kitabın müəllifi Benqt Yanqfeldt isə vurğulayıb ki, bu kitabı ərsəyə gətirmək onun üçün təkcə ən məşhur İsveç ailələrindən biri haqqında kitab yazdığına görə deyil, həm də Bakını və Azərbaycanı kəşf etdiyinə görə xoşdur.

Check Also

Araşdırmaçı: “Elçin Əfəndiyev hadisələrə ötən əsrin stereotipləri ilə yanaşır”

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M. …