Bazar , 19 May 2024
Drone Cameras

Bakıda olduğum üçün çox qürurluyam – Tatar

Bakıda olduğum üçün çox qürurluyam.

Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kiprin Prezidenti Ərsin Tatar Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində təşkil olunan sərgidə çıxışı zamanı deyib.

O, Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi üçün Bakıya səfərinin çox böyük önəm daşıdığını söyləyib:

“Şimali Kipr hələ də mübarizəsinə davam edir. Kiprin türk xalqı bütün sahələrdə sanksiyalara məruz qalıb. Bu sanksiyalara qarşı xalqımızın göstərdiyi dirəniş təqdirəlayiqdir. Azərbaycan da müstəqilliyi üçün çox şəhidlər verib, çox mübarizələr aparıb. Qarabağdakı zəfər qardaşlarımızın gücünü bir daha bütün dünyaya göstərdi”.

Ə.Tatar bildirib ki, bu gün də mədəniyyət, incəsənət şəhəri olan Bakıdadır:

“Mən də bu gözəl şəhərdə olduğum üçün çox qürurluyam”.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …