Şənbə , 20 Aprel 2024
Drone Cameras

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir.

Boyukmillet.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Check Also

Qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər …