Bazar , 15 Noyabr 2026
Drone Cameras

Bakıda qayın gəlinin başını kəsib

Binəqədi rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımov yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib.

Qadın yaşadığı evdə ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …