Bazar ertəsi , 15 Aprel 2024
Drone Cameras

Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirən şəxslər tutulublar – VİDEO – YENİLƏNİB

Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb. 

“Report”un xəbərinə görə, yanvarın 27-də saat 04:00 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini, 1969-cü il təvəllüdlü X.Səfərovun baş nahiyyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Şevrolet” markalı avtomobilin ələ keçirilməsi ilə bağlı 102- Zəng Mərkəzinə müraciət daxil olub.

Daxil olan müraciət əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinənlər – Siyəzən rayon sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunan 2000-ci il təvəllüdlü Tehran Güləliyev, 2002-ci il təvəllüdlü E.Paşayev və 1996-cı il təvəllüdlü İlham Sultanov yanvarın 28-də gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

İrandan Ermənistana silah daşınır: 6 gündə 5 reys… 

İranın Teleqram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Rəsmi İrəvan bu xəbərləri nə …