Bazar , 19 Yanvar 2025
Drone Cameras

Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır – FAKTİKİ HAVA

Yanvarın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Hazırda Bakıda və Abşeron yarımadasında, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Neftçala, Yardımlı, Lerik, Şabran, Biləsuvar, Lənkəran, Astara, Laçın, Kəlbəcərdə qar, Culfa, Ordubad, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabulda yağış yağır.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26 m/s-dək, Göyçay, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Naftalanda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrdir.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 6 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta olub.

Check Also

Bakıda və bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə yanvarın 6-sı günün birinci yarısında küləkli hava …