Bazar , 19 May 2024
Drone Cameras

Bakıda TBMM-in fəaliyyətə başlamasının 103-cü ildönümü qeyd edilib

Bakıda 23 Nisan – Ulusal Egemenlik və Çocuk Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 103-cüildönümü münasibətilə tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşavirliyi tərəfindən təşkil edilən tədbir Heydər Əliyev Sarayında baş tutub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, müxtəlif təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinin anılması və hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir Cahit Bağcı Türkiyə Böyük Millət Məclisinin açılışından və Türkiyənin müstəqillik mübarizəsindən bəhs edib:

“Hər kəsi Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm, hər iki qardaş ölkəyə sülh və firavanlıq arzu edirəm. Bir millət, iki dövlət anlayışımızı bundan sonra da qoruyub yaşadacaq olan uşaqların 23 Nisan Çocuk bayramı mübarək olsun. Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu arasındakı möhkəm körpülərin davamçıları sizlərsiniz. Sizlərə vətəninə və millətinə sadiq övlad olaraq böyüməyinizi arzu edirəm”.

Proqram Türkiyənin Milli Təhsil Nazirliyinə tabe olan Bakı Türk Məktəbləri, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi və Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi şagirdlərinin ifasında musiqi, rəqs və səhnəciklərlə davam edib.

Məktəblilərin ifasında xalq oyunları nümayiş etdirilib.

Əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnıları qonaqlar da müşayiət edib.

Check Also

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir …