Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bakıda və Abşeronda müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.

Boyukmillet.com xəbər veri ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O vurğulayıb ki,  hazırda Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır: “Bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir. Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır”.

Check Also

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında …