Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.

Boyukmillet.com xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat qulləsinin yanında bayram konserti baş tutacaq.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivləri çıxış edəcək.

Konsertin sonunda atəşfəşanlıq olacaq.

Qeyd edək ki, noyabrın 8-də Bakıda hərbi parad keçiriləcək. Müdafiə Nazirliyi artıq məşqlərə başlanması ilə bağlı məlumat paylaşıb.

Check Also

Hörmüz böhranı ərzaq təhlükəsizliyini təhdid edir

“Dünyanın ən vacib dəniz nəqliyyatı məntəqələrindən biri olan Hörmüz boğazından qlobal dəniz yolu ilə daşınan …