Cümə , 3 May 2024
Drone Cameras

Bakıda Zəfər yürüşü başladı

8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.

Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.

Daha sonra hərbçilərin yürüşü başlayıb.

Belə ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” Ticarət Mərkəzi istiqamətində hərəkət edir.

Yürüşün digər marşrutu Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəlidir.

Başqa bir hərbçi qrupu isə Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı marşrutu ilə yürüş edir.

Yürüşün daha bir marşrutu isə “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev sarayı – İ. Nəsimi heykəli – Neftçilər prospekti istiqamətidir. 

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …