Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Bank Ekspertlər Şurası yaradılıb.

Bu barədə “Report”a AQC sədri Vüqar Oruc məlumat verib.

O bildirib ki, Şuranın tərkibinə ölkədə fəaliyyət göstərən 12 bank tərəfindən təklif edilmiş şəxslər üzv təyin olunub: “Bank Ekspertlər Şurasına rəhbərlik “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqova həvalə edilib. AQC Bank Ekspertlər Şurası ölkənin kommersiya banklarında çalışan, AQC kurslarında iştirak edən qiymətləndiricilərdən ibarətdir. AQC Bank Ekspertlər Şurası AQC Peşəkar Qiymətləndiricilər Şurasında müəyyən olunmuş kvota ilə təmsil olunacaq”.

Qeyd edək ki, ölkənin bank sektoru ilə qiymətləndirmə sektoru arasında əməkdaşlıq daha da möhkəmlənir. Belə ki, V. Oruc bu il Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının üzv seçilib.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …