Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Barak Obama: hakimiyyət dinc yolla təhvil veriləcək

Barak Obama bu gün Ağ evdə Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampı qəbul edəcək. Amerika administrasiyasının hazırkı başçısı seçki kampaniyasının gedişində dəstəklədiyi Hillari Klintonun lazımi miqdarda səs toplaya bilməyəcəyi bəlli olduqdan sonra milyarderi qələbə qazanması münasibətilə təbrik edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Barak Obama hər bir seçkinin yekununda qalib və məğlub tərəflərin olduğunu xatırladıb. Həmçinin qeyd edib ki, namizədlərin hansı düşərgəyə məxsus olmasının əhəmiyyəti yoxdur və onların hər ikisi vətənpərvərdir.

Donald Tramp da öz növbəsində qələbəsini elan etdikdən sonra fikir ayrılıqlarını unutmağa çağırıb.

Qeyd edək ki, ABŞ-da hakimiyyətin təhvil verilməsi prosesi 73 gün davam edir. Donald Tramp prezident vəzifəsinin icrasına de-fakto 2017-ci il yanvarın 20-dən etibarən başlayacaq.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir